Teymur Musayev direktoru vəzifəsindən azad etdi - Yeni təyinat

17:19 27.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə nazirinin müvafiq əmri ilə nazirliyin Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad edilib.

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, A.Nəsirov mərkəzin direktor müavini təyin edilib.

Nazirin digər əmri ilə Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov təyin edilib.